“Çox təəssüf ki, Azərbaycanda bu sahədə vəziyyət biabırçı və qəbuledilməzdir. İnsanlar nə vəziyyətdə yaşayırlar, hətta ölən zaman belə dəfn və yas mərasimlərini təşkil etmək çox çətin olur. Mövcud qaydalar dini, sosial və iqtisadi baxımdan heç bir məntiqə sığmır”.
Bunu Demokrat.az-a açıqlamasında sosioloq Elçin Bayramlı deyib.
Sosioloq bildirib ki, yas mərasimlərinin indiki forması dinə ziddir, sosial baxımdan qəbuledilməzdir və maddi baxımdan insanlara qarşı bir növ terror hesab olunur:
"Bu sistem ailələri ağır borca, xərclərə və kredit yükünə məhkum edir, vəhşicəsinə xərclər etməyə məcbur edir. Hazırda bir çox ailələr maddi vəziyyətinə görə bu mərasimləri keçirə bilmir. Qiymətlər şəraitdən asılı olaraq 1000–5000 manata qədər yüksəlir. Bu isə kasıb ailələr üçün faciəvi vəziyyət yaradır. Ən düzgün həll yolu odur ki, yas mərasimlərində bütün yemək və lüks xərclər aradan qaldırılsın. Sadə bir məclis yalnız çay və maksimal olaraq halva ilə məhdudlaşdırılmalıdır. Verilən ehsanlar faktiki olaraq ehsan sayılmır, çünki onlar artıq kommersiya məhsuludur və pul qarşılığında təqdim olunur".

Onun sözlərinə görə, dəfn mərasimləri üçün də standartlar müəyyənləşdirilməlidir:
"Məclisdə böyük daş abidələr və ya bahalı dekorasiyalar qadağan olunmalıdır. Sadə, 15 santimetr hündürlüyündə bir daş kifayət edir. Yas mərasimləri dini və mənəvi prinsiplərə uyğun olmalı, heç bir mənəvi və əxlaqi pozuntulara yol verməməlidir. Bu sahədə maarifləndirmə işləri kifayət deyil, cəmiyyət uzun illər boyunca yanlış qaydaları normal hesab edib".
O, bildirib ki, buna görə də vəziyyət yalnız inzibati və hüquqi normalar vasitəsilə düzəldilə bilər:
"Dövlət sərt qaydalar tətbiq etməli, pozuntuların qarşısını almaq üçün ciddi nəzarət etməlidir. Başqa yollar – izah, maarifləndirmə və ya könüllü tətbiq effektiv deyil. Yas və dəfn mərasimləri yalnız sadə, sivil və dini prinsiplərə uyğun olmalıdır".
Əfsanə Kamal
Demokrat.az