Fazil Mustafa: “Məktəb forması əsl məsələni kölgədə qoyub”

SOSİAL 10 sentyabr 2025, 19:45
“Son günlərdə məktəb forması məsələsi ətrafında aparılan geniş müzakirələr cəmiyyətdə əsas diqqətin nəyə yönəldiyini bir daha göstərdi. Bu qədər müzakirə və enerji məktəblərdə vahid tərbiyə, təlim və keyfiyyətli təhsil sistemi üzərində cəmlənsəydi, daha faydalı olardı”.

Bu fikirləri Demokrat.az-a açıqlamasında deputat Fazil Mustafa deyib.

O bildirib ki, formanı on dəfə dəyişmək olar, ən yaxşısını seçmək mümkündür:

“Amma əgər təhsil sistemində keyfiyyət, təlim-tərbiyə prosesi və dərs səviyyəsi aşağıdırsa, bu forma nəyi dəyişəcək? 

Forma gəldi-gedərdi. Bazar onsuz da müxtəlif seçimlərlə doludur. Əsas olan təlim-tərbiyə imkanlarının qorunması və inkişaf etdirilməsidir. Çünki bu imkanlar bir dəfə itirildikdən sonra onları bərpa etmək çox çətin olur. 

Hazırda həm orta, həm də ali təhsil sistemində bu sahədə ciddi problemlər var. Təəssüf ki, bu problemlər ildən-ilə bir-birinin üzərinə əlavə olunur. Məhz buna görə də müzakirələri formadan çox təlimin, tərbiyənin və təhsilin mahiyyətinə yönəltmək daha məqsədəuyğundur”.


Leyla Turan
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
10 sentyabr 2025, 20:27
10 sentyabr 2025, 19:57
Top