Türkiyəli professor Dr. Muhəmməd Emin Akkoyunlu ölkədə COVID-19 yoluxmalarının yenidən artdığını bildirib.
Demokrat.az xəbər verir ki, onun sözlərinə görə, qrip şikayəti ilə müraciət edən bir çox xəstəyə əslində COVID-19 diaqnozu qoyulur və ağır hallara da rast gəlinir.
O, maska və sosial məsafənin həm yoluxmanı, həm də xəstəliyin ağırlaşmasını azaltdığını vurğulayıb.
Digər mütəxəssis, Prof. Dr. Hüsrev Diktaş isə omicron variantlarının sürətlə yayıldığını, yüksək hərarət, halsızlıq, boğaz ağrısı, dad və qoxu itkisi kimi simptomların müşahidə olunduğunu deyib.
Mütəxəssislər xüsusilə yaşlılar, uşaqlar və immuniteti zəif şəxslərin daha çox risk altında olduğunu qeyd edirlər.