"Azərbaycanla sülhün pozulmasını istəyən qüvvələr var"

XARİCİ SİYASƏT 10 sentyabr 2025, 23:46
"8 avqustda Vaşinqtonda sülh bağlanıb".

Demokrat.az Ermənistan mediasına istinadən xəbər verir ki, bunu ölkənin baş naziri Nikol Paşinyan parlamentdəki çıxışı zamanı bildirib.

"Ermənistan və Azərbaycanın sadəcə sülh sazişini parafladığını deyənlər və onun əhəmiyyətini kiçildənlər, yanvar-fevral-mart aylarında təxminən 8 avqustda müharibənin başlayacağını proqnozlaşdırmışdılar. Amma indi bunu unudublar", - Ermənistanın baş naziri qeyd edib.

Onun sözlərinə görə, 1994-cü ildən Qarabağ münaqişəsinin həlli prosesi davam edir, amma danışıqlar zamanı masa üzərində heç vaxt bəyannamə layihəsindən başqa sənəd olmayıb.

"Bəyannamənin mətni imzalandı. Bu, bir çoxlarının proqramına daxil deyil. Onlar sülhün pozulmasını təmin etmək istəyirlər. Belə qüvvələr həm Ermənistanda, həm də onun yaxın və uzaq hüdudlarından kənarda mövcuddur", - deyə Paşinyan bildirib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top