“Azərbaycan ordusunun 100 illiyi” yubiley medalı, “Milli ordunun 100 illiyi” medalı...
Adları arasında fərq az olsa da, hüquqi statusları arasındakı fərq yerlə-göy qədərdir.
Bundan başqa, “Vətən müharibəsi iştirakçısı” medalı, “Müharibə iştirakçısı” medalı. Bu medallarda da vəziyyət eynidir. Biri dövlət tərəfindən təsis olunub, digəri hansısa QHT tərəfindən.
QHT-lərin payladığı medalların siyahısı bununla da bitmir. “Böyük Zəfər” xatirə medalı, “Müharibə veteran” medalı, “Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyinin 25 illik yubiley medalı” ...
“Qafqazinfo” Xezerxeber.az-a istinadən xəbər verir ki, bəzi QHT-lər tərəfindən Vətən müharibəsi ilə bağlı dövlətin və ya hansısa dövlət qurumunun təsis etdiyi medalın adına oxşar medallar təsis edilib və öz maraqları üçün istifadə olunur.
Daha doğrusu, son illərdə bəzi QHT-lər tərəfindən belə medallar təsis olunaraq bir gün belə müharibədə iştirak etməyən şəxslərə nəyinsə müqabilində verdiyi iddia edilir. Hətta o da qeyd olunur ki, “Azərbaycan Vətən Müharibəsi Veteranları” İctimai Birliyi bu sahədə, necə deyərlər, ad çıxarıb.
Burada sual yaranır: QHT-lər heç bir hüquqi əsası olmayan medalları niyə hazırlayırlar və məqsədləri nədir?
Daha ətraflı videomaterialda: