ABŞ-ın yeni Müvəqqəti İşlər Vəkili Vaşinqton razılaşmasından danışdı

SİYASƏT 10 sentyabr 2025, 20:36
ABŞ Azərbaycandakı Müvəqqəti İşlər Vəkili Emi Karlon öz iqamətgahında bir qrup media kapitanı və ictimaiyyət nümayəndələri ilə tanışlıq qəbulu keçirib.

Gununsesi.info-nun xəbərinə görə, amerikalı diplomat, qəbulda səfirliyin yeni əməkdaşlarını da qonaqlara təqdim edib.

Gununsesi.info-nun baş redaktoru Pərviz Həşimlinin də dəvətli olduğu ziyafətdə Xanım Karlon, Azərbaycan və ABŞ bu gün əsl tarixi məqama şahidlik etdiyini deyib “Avqustun 8-də Ağ Evdə imzalanmış sülh bəyannaməsi Cənubi Qafqaz regionu üçün cəsarətli və yeni bir dövrün başlanğıcını qoydu.

Amerika Birləşmiş Ştatları Azərbaycan və Ermənistan arasında davamlı sülhün qurulması üçün səylərini davam etdirəcək. Sülh yolunun açılması isə ticarət, nəqliyyat və enerji yolları baxımından Cənubi Qafqazın böyük potensialının üzə çıxmasına imkan verir. Bu, eyni zamanda iqtisadi əlaqələrin genişlənməsinin əsas açarı hesab olunur”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top