Deputat: “Bu görüş Türkiyə ərazisində keçirilə bilər”

SİYASƏT 10 sentyabr 2025, 14:40
3+3 formatlı növbəti görüş Türkiyə ərazisində keçirilə bilər.

Bunu Demokrat.az-a açıqlamasında millət vəkili Azər Allahverənov deyib. 

O bildirib ki, mövcud geosiyasi vəziyyətdə bunu ehtimal etmək olar:

“3+3 formatlı görüş ideyası ilk dəfə 2020-ci ildə Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan tərəfindən irəli sürülüb. Məqsəd bu platformanın əhatə etdiyi coğrafiyada dialoqun inkişaf etdirilməsi idi. Bu ideya müsbət qarşılanmışdı, 2021-ci ildə Moskvada, 2023-cü ildə Tehranda və 2024-cü ildə İstanbulda XİN nazirləri və müavinləri səviyyəsində görüşlər keçirilmişdi. 

Birinci və ikinci görüşlər daha çox siyasi görüşlər idisə, üçüncü görüş daha çox iqtisadi zəmində idi. Görüşün keçirilmədiyi üç paytaxt qalır: 

Tbilisi, İrəvan və Bakı. Tbilisi bu proseslərdə hələ ki, bir qədər passiv rejimdə iştirak edir. 

Düşünürəm ki, növbəti görüş böyük ehtimalla Türkiyə ərazisində keçiriləcək. Mövcud geosiyasi vəziyyəti dəyərləndirərək bunu demək olar. Bu görüşdə də əvvəlki İstanbul görüşündə əldə olunan nəticələrin inkişaf etdirilməsi və mühüm qərarların verilməsi mümkündür. Önəmli olan bu görüşün harada keçirilməsi yox, bu platformanın fəaliyyətini uğurlu şəkildə davam etdirməsidir”.


Cavidan Mirzəzadə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
10 sentyabr 2025, 17:32
Top