Daşkəsəndə avtomobil beşyaşlı qızı vurdu

HADİSƏ 10 sentyabr 2025, 19:28
Daşkəsən rayonunda beşyaşlı qızı maşın vurub.

Oxu.Az-ın məlumatına görə, hadisə rayonun Təzəkənd kəndi ərazisində baş verib.

Yolu keçmək istəyən 2020-ci il təvəllüdlü T.Allahverdiyeva özünü itirərək VAZ-2199 markalı avtomobilin qarşısına çıxıb. Sürücü avtomobili saxlaya bilməyib və azyaşlını vurub.

Uşaq Daşkəsən Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib və ilkin tibbi yardım göstərilib. Hazırda azyaşlının vəziyyəti kafidir, həyatı təhlükəsinin olmadığı bildirilir.

Faktla bağlı araşdırma aparılır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
10 sentyabr 2025, 20:27
10 sentyabr 2025, 19:57
Top