Sərhədi pozan İraq vətəndaşı saxlanıldı

HADİSƏ 10 sentyabr 2025, 10:54
Azərbaycan dövlət sərhədini pozan İraq vətəndaşı saxlanılıb.

Bu barədə Demokrat.az-a Dövlət Sərhəd Xidmətinin məlumat verilib.

Bildirilib ki, sentyabr ayının 8-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının "Lənkəran" sərhəd dəstəsinin xidməti ərazisində İrandan Azərbaycan istiqamətinə dövlət sərhədinin pozulması əlamətləri aşkar edilib.

Həyata keçirilmiş əməliyyat-qoşun tədbirləri nəticəsində dövlət sərhədini pozan İraq vətəndaşı, 2006-cı il təvəllüdlü Gburi Amir Visman saxlanılıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top