Bakının Nərimanov rayonunda 39 yaşlı kişi qonşusuna xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi xəbərə görə, hadisə ötən ilin iyulun 3-də rayonun Böyükşor yaşayış sahəsində baş verib.
Zəngilan rayon sakini, 1986-cı il təvəllüdlü Elnur Babayev həmin gün saat 23:30-da həyətində qonşusu Nicat ilə aralarında şəxsi münasibətlərin pozulması zəminində mübahisə baş verib.
Mübahisə zamanı Nicat onu kəsici alət olan rezakla vuraraq ona xəsarət yetirib. Bundan sonra Elnur onun və həyat yoldaşına hücum edən Nicatın atası Nurəddinin baş nahiyəsinə əlində olan taxta parçası ilə bir dəfə vurub. Ona qapalı kəllə beyin travması və digər müxtəlif dərəcəli ağır xəsarətlər yetirib.
Hadisəni törədən Elnurun barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib.
İş üzrə izahat verən təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib.
O, ifadəsində göstərib ki, baş vermiş cinayət hadisələrin təsadüfi axarı zəminində baş verib:
“Qarşı tərəflə 25 ildir ki, mehriban qonşu olmuşuq, bir-birimizə qarşı ancaq xoş əməllərimiz olub. Sadəcə Nurəddinin oğlu Nicatla aramızda bir sıra mübahisələr olub. Nicatın bir qədər pis vərdişləri olub. Müəyyən vasitələrdən istifadə edib. Bu barədə Nicata irad da tutmuşam. Buna görə də aramızda belə hadisələr baş verib”.
Təqsirləndirilən şəxs qeyd edib ki, son zamanlar Nicat tərəfindən təhqirlərə məruz qaldığına görə aralarında vəziyyət gərginləşib:
“Hadisə vaxtı Nurəddinə də Nicatın mənimlə yola getmədiyini demişəm. Hadisə baş verən gün Nurəddin kişinin oğlu Nicatla aramızda baş vermiş mübahisə nəticəsində onunla dava etdim. Hazırki hadisə isə, Nicatın atasının aramıza girməsi nəticəsində baş verib. Nicatın atasına qarşı heç bir qəsdim olmayıb. Bu hadisə təsadüfən baş verib.
Nurəddinin xəsarət almasından xəbərim olmayıb. Mən özüm də xəsarət aldığımdan başımı itirmişəm. Mübahisə zamanı Nurəddin kişi aramıza girərkən, əlimdəki taxtanı xaotik şəkildə fırlatmışam. Nəticədə həmin taxta Nurəddinə dəyib. Həmin vaxt Nurəddinə hansı dərəcədə xəsarətin dəydiyini bilməmişəm. 25 il ərzində bizim heç bir sözünüz çəp gəlməyib. Hər zaman aramızda mehribanlıq olub. Özümü müdafiə edən zaman bu hadisə baş verib”.
Təqsirləndirilən şəxs əlavə olaraq bildirib ki, dörd övladı var:
“Böyük övladının 16 yaşı olub. Nurəddini məhz taxta ilə vurmuşam. Həmin taxtanı isə mübahisə olan məkana gedərkən yerdən götürmüşəm. Hazırda Digah qəsəbəsində kirayədə yaşayıram. Yaşadığı yerdən köçməyimin səbəbi başıma yeni hadisələrin gəlməməsi, münaqişənin yenidən genişlənməməsi olub”.
İş üzrə zərərçəkmiş Nurəddinin sözlərinə görə, hər zaman təqsirləndirilən şəxslə mehriban qonşu olublar:
“Elnurun atası Vidadinin balalarını öz balam bilmişəm. Aramzda heç zaman söz-söhbət olmayıb. Hadisədən əvvəlki gün axşamçağı saat 17:00-da evdən getdim. Bir də səhəri gün saat 22:00-da evimə qayıtdım. Oğluma zəng edərək harada olduğunu soruşdum. Nicat da evdə olmadığını dedi. Ona harada olursa-olsun evə gəlməyini dedim. Oğlum da evə gəldi. Mən evdə olmayanda hansısa bir hadisə baş verib. Oğlumdan hadisənin səbəbini soruşdum.
Nicat qapının ağzında zibil yandıranda Elnurun yoldaşı çıxaraq zibili qapıda yandırmamağını, tüstünün onların evinə getdiyini bildirməsini söyləyib. Mən də oğluma tüstünün bir-iki dəqiqə olduğunu dedim və bu məsələyə fikir verməməsini bildirdim. Bütün söhbət də belə oldu”.
Zərərçəkmiş qeyd edib ki, daha sonra oğlu ilə Elnur arasında mübahisə baş verib, mübahisənin əvvəlində evdən çölə çıxmayıb:
“Mübahisə qızışanda həyətə düşdüm. Bu zaman Elnur oğlumu taxta parçası ilə sinəsindən vurdu. Oğlum da bu zərbənin təsirindən yerə yıxıldı. İkinci dəfə Elnur oğluma taxta ilə zərbə vurmaq istəyərkən ona kömək etmək üçün araya girdim. Həmin taxta parçasının zərbəsi bu dəfə mənə dəydi. Hadisənin gedişatı zamanı oğlum Elnura xəsarət yetirib-yetirmədiyini həmin vaxt bilməmişəm. 2 gün sonra bildim ki, hadisə vaxtı əvvəlcə oğlum Nicat Elnura xəsarət yetirib”.
Bu cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxsin barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq olunub. Ona 2 il sınaq müddəti olmaqla 3 il şərti cəza təyin olunub.
Fariz Məlikli
Demokrat.az