“Kəlbəcər” tankeri ilə indiyədək 385 min tona yaxın yük daşınıb

İQTİSADİYYAT 10 sentyabr 2025, 11:29
“AZCON Holding”in şirkətlərindən olan “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) “Kəlbəcər” tankerinin istismara verilməsindən dörd il ötür.

ASCO-dan Demokrat.az-a bildirilib ki, ötən dövr ərzində bu gəmi ilə müxtəlif limanlara ümumilikdə 61 səfər həyata keçirilib.

Bu səfərlər çərçivəsində tankerlə 384 min 443 ton neft və neft məhsulu daşınıb. Hazırda xarici sularda üzən “Kəlbəcər” gəmisinin yükgötürmə qabiliyyəti 7800 ton, uzunluğu 141, eni 16,9 metrdir.

ASCO-nun sifarişi ilə Bakı Gəmiqayırma Zavodunda (BGZ) inşa olunan “Kəlbəcər” 10 sentyabr 2021-ci ildə Prezident İlham Əliyevin iştirakı ilə istismara verilib. Ümumilikdə indiyədək BGZ-də ASCO üçün dörd tanker tikilərək təhvil verilib, daha üç tankerin inşası isə hazırda davam etdirilir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top