“Dərs saatlarının dəyişdirilməsi dünya təhsilində ən çox müzakirə olunan trendlərdən biridir. Xüsusilə Avropada və Amerikada son illər məktəb dərslərinin daha gec başlaması mövzusu həm pedaqoqlar, həm də həkimlər tərəfindən geniş şəkildə araşdırılır”.
Bunu elm və təhsil eksperti Rizvan Fikrətoğlu bununla bağlı Demokrat.az-a açıqlamasında deyib.
O qeyd edib ki, bu müzakirələrin arxasında əsasən bioloji ritm məsələsi dayanır:
“Yeniyetmələrin yuxu ritmi böyüklərdən fərqlidir. Onlarda melatonin hormonu gec ifraz olunduğu üçün tez yatmaq çətinləşir. Səhər tez oyanmaq isə yuxu çatışmazlığına səbəb olur.
Araşdırmalar göstərir ki, dərslərin bir qədər gec başlaması şagirdlərin diqqətini, yaddaşını və ümumi nəticələrini yaxşılaşdırır. Bununla yanaşı, psixoloji amil də var. Yorğun oyanan uşaqlar gün ərzində daha əsəbi, gərgin və motivasiyasız olurlar. Azərbaycanda bunun tətbiq oluna bilməsi üçün pratik baxımdan məsələyə bir neçə amil təsir edir. Azərbaycanda valideynlər saat 9-da işə gedir”.
Ekspert diqqətə çatdırıb ki, dərslərin 10-da başlaması uşağın məktəbə aparılması və iş qrafiki arasında ziddiyyət yarada bilər:
“İctimai ənənə də mövcuddur. İllərlə formalaşmış “səhər tezdən dərs” vərdişi var və bunu birdən-birə dəyişmək çətin ola bilər. Bununla yanaşı iqlim faktoru da var.
Xüsusilə, yaz aylarında havanın tez isinməsi səbəbindən səhər dərsləri daha rahat keçə bilir. Gec başlama isə günün ən isti saatlarına düşə bilər.
Bununla belə, müsbət tərəflər də mövcuddur. Dərslərin gec başlaması, xüsusilə yuxu problemi yaşayan orta və yuxarı sinif şagirdlərinin daha yaxşı nəticələr göstərməsinə səbəb ola bilər”.
Leyla Turan
Demokrat.az