Bakıda müəllimlərin orta aylıq maaşı mövzusu cəmiyyətin daim maraq göstərdiyi məsələlərdən biridir.
Demokrat.az xəbər verir ki, təhsil işçilərinin əməkhaqqı yalnız onların sosial rifahına deyil, həm də ümumilikdə təhsil sisteminin inkişafına birbaşa təsir göstərir.
Müəllim maaşlarının səviyyəsi həm peşəyə marağın formalaşmasında, həm də təhsilin keyfiyyətinin yüksəldilməsində mühüm rol oynayır.
Son illərdə Azərbaycanda müəllimlərin əməkhaqlarında mərhələli artımlar həyata keçirilsə də, xüsusilə Bakı kimi iri şəhərdə orta aylıq maaşların real yaşayış xərcləri ilə nə dərəcədə uzlaşdığı tez-tez müzakirə mövzusuna çevrilir.
Hazırda müəllimlərin aldıqları məvacib mövzusunda Bakı Şəhəri üzrə Təhsil İdarəsinə (BŞTİ) müraciət etdik. İdarədən BAKU.WS-in sorğusuna cavab olaraq bildirildi ki, BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrində çalışan müəllimlərin ötən dərs ili üzrə orta aylıq əmək haqqı 1065 manat, məktəbəqədər təhsil müəssisələrində çalışan tərbiyəçi-müəllimlərin orta aylıq əmək haqqı 648 manat təşkil edir.