Şəhidlər Xiyabanında xüsusi qadağaya ehtiyac yoxdur — Deputat

GÜNDƏM 09 sentyabr 2025, 18:06
“Hansısa xüsusi addıma ehtiyac yoxdur. Şəhidlər Xiyabanı bütövlükdə cəmiyyətimiz üçün ən dəyərli yerlərdən biridir. Kimsə anlamadan, başa düşmədən bir hərəkət edə bilər, onun da vaxtında qarşısı alınır, polis də reaksiya verir. Ona görə məncə bu, ictimaiyiləşəcək bir hal deyil”. 

Bunu Demokrat.az-a açıqlamasında deputat Fazil Mustafa deyib. O bildirib ki, baş verən son hadisələr təsadüfən, kiminsə bilgisizliyindən doğan hallardır:

“Hansısa qəsdli şəkildə hadisə olsa, onda onun barədə düşünmək olar. Şəhidlər Xiyabanı xüsusi bir məkandır, insanlarımız həmişə bura hörmətlə yanaşır. Başqa nə addım atmaq olar? Küçədə də nəsə bir hadisə olur, yolu bağlamırlar ki. Şəhidlərin ruhuna hörmətsizlik varsa, təhqiramiz hərəkət varsa, buna da qanunla, maddələrlə cəza verilməlidir”.

Xatırladaq ki, ərəb turistlərin Şəhidlər Xiyabanındakı hərəkətlərindən sonra İranlı blogerin görüntüləri də müzakirəyə səbəb olub. 

Cavidan Mirzəzadə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
09 sentyabr 2025, 23:49
09 sentyabr 2025, 20:37
09 sentyabr 2025, 20:07
Top