Məleykə Əsədova qızının 20 yaşını belə qeyd etdi — VİDEO

ŞOU-BİZNES 08 sentyabr 2025, 13:16

Xalq artisti Məleykə Əsədova qızı Gülərlə bağlı paylaşım edib.

Demokrat.az xəbər verir ki, aktrisa övladının 20 yaşının tamam olduğunu bildirib. Birlikdə olan fotolarını yayımlayan M.Əsədova övladı ilə bağlı arzularını bölüşüb:

"Həyat səninlə gözəl, ağıllı, gözəl qızım. Yaşama səbəbim, aldığım nəfəsim. Allaha nə qədər şükür etsəm də azdır. Doğum günün mübarək. 20 yaşın sənə sağlam can, həyatın bütün ən parlaq işıqlarını, uğurlar, şans, ucalıq, sevinc və gözəllikləri sənə qismət etsin. Universiteti sağ-salamat bitirib, magistraturaya qəbul olasan. Bir sözlə, gözün, addımların gözəlliklərə qərq olsun. Xoşbəxtlik qismətin olsun, məni ana edən qızım. Qəlbimdə sənə aid o qədər arzularım var ki... Allah qismət etsin arzularıma çatım".(axsam.az)

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
08 sentyabr 2025, 15:15
08 sentyabr 2025, 14:13
Top