Ağadadaş Ağayev həmin agentlikdən şikayət etdi — VİDEO

ŞOU-BİZNES 08 sentyabr 2025, 12:46

"Efirlərin yaxşı verilişlərə ehtiyacı var. Efirlər aşır, daşır. Amma ortada heç nə yoxdur".

Axşam.az xəbər verir ki, bu sözləri Xalq artisti Ağadadaş Ağayev "Günə uğurla" proqramında deyib. Müğənni verilişlərin bir çoxunu keyfiyyətsiz adlandırıb. 

A.Ağayev mahnılarının digər ifaçılar tərəfindən oxunmasından danışıb. O, Müəllif Hüquqları Agentliyindən şikayətlənib:

"Gedirlər mahnımı götürüb oxuyurlar. Sonra Türkiyədə aranjiman etdirirlər. Amma gəlib Bakıda mənim aranjimanımın üstündən səsi yığışdırıb, ondan istifadə edirlər. Bunlar haqqa girməkdir. Bizdə müəllif hüquqları ancaq kağız üzərində olur. Yutubda təkcə şikayət var. Bizim hüquqlarımızı qoruya bilmirlər. Ona görə də biz də vaz keçirik hər şeydən. Şəxsiyyətlərinə hörmətim var. Amma aparat köhnədir, çalışmırlar. Yenilənməlidir".

A.Ağayevin görünüşündə dəyişiklik etməsi də diqqət çəkib. Müğənni saqqal saxlayıb. 

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
08 sentyabr 2025, 15:15
08 sentyabr 2025, 14:13
Top