Pakistan Hindistana xəbərdarlıq edib

DÜNYA 06 sentyabr 2025, 14:31
Hindistanla növbəti müharibədə hesab 60-0 olacaq.

Demokrat.az xəbər verir ki, bu barədə Pakistan ordusunun aviasiya vitse-marşalı Şəhriyar Xan Karaçidə keçirilən təntənəli mərasimdə bildirib.

“Əmin ola bilərsiniz ki, Pakistan hava məkanının müdafiəsi Pakistan Hərbi Hava Qüvvələrinin güclü əllərindədir. Texnoloji yeniliklər sayəsində Hərbi Hava Qüvvələri dünya miqyasında tanınıb. Növbəti dəfə hesab 6-0 yox, Allahın köməyi ilə 60-0 olacaq”, – vitse-marşal vurğulayıb.

Qeyd edək ki, bu gün Pakistanın Müdafiə və Şəhidlər Günü kimi qeyd olunur.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
06 sentyabr 2025, 14:51
Top