ANAMA-nın bölmə rəisinə hökm oxundu

HADİSƏ 06 sentyabr 2025, 16:25
Füzuli Rayon Məhkəməsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsini törətməkdə təqsirləndirilən, Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) Horadiz şəhər bazasında bölmə rəhbəri vəzifəsində işləyən 30 yaşlı Samir Qəhrəmanovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Oxu.Az-ın məlumatına görə, prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə 3 il 4 ay müddətinə azadlıqdan məhrum edilib. O, cəzasını məntəqə tipli cəzaçəkmə məntəqəsində çəkəcək.

Xatırladaq ki, hadisə ötən il dekabrın 9-da rayonun Arayatlı kəndi ərazisində baş verib. S.Qəhrəmanovun idarə etdiyi BMW markalı avtomobillə hərəkətdə olarkən sükan arxasında yuxulayıb. Nəticədə avtomobil yoldan çıxaraq aşıb. Hadisə nəticəsində S.Qəhrəmanov və avtomobildə olan ANAMA əməkdaşları - 2000-ci il təvəllüdlü Ramiz Bəylərzadə və 1990-ci il təvəllüdlü Mustafa Qasımov xəsarətlərlə xəstəxanaya yerləşdirilsələr də, sonrada M.Qasımov orada ölüb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top