
Xətai Rayon Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları yollarda təhlükəsizliyinin təmin olunması məqsədi ilə profilaktik tədbir keçirib.
Demokrat.az xəbər verir ki, nəticədə yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq avtoxuliqanlıq edən sürücü Cavid Vəliyev, nəqliyyat vasitəsini narkotik vasitənin təsiri altında idarə edən Sadıx Rzayev və avtomobilin konstruksiyasında dəyişiklik edərək idarə edən daha bir sürücü saxlanılıb.
C.Vəliyev və S.Rzayev barəsində toplanmış materiallar baxılması üçün rayon məhkəməsinə göndərilib.
Məhkəmənin qərarı ilə hər iki şəxsin sürücülük vəsiqəsi müvafiq olaraq 1 və 2 il müddətinə məhdudlaşdırlmaqla, 15 sutka inzibati qaydada həbs olunublar.
Digər sürücü barəsində isə protokol tərtib olunub və avtomobildə olan konstruksiya dəyişikliyi aradan qaldırılıb.