“Mavi qan” ifadəsini çox vaxt aristokratların xüsusi və seçilmiş olduqları ilə bağlayırlar. Tarixi romanlarda və filmlərdə nadir qan qrupları əsilzadəliyin simvolu kimi təqdim edilir. Amma elm bunu təsdiqləmir.
Metbuat.az bu barədə olan maraqlı tədqiqatı təqdim edir:
Orta əsrlərdə Avropa zadəganları yalnız çevrələrində olanlar ilə evlənirdilər. Bu da nadir genetik xüsusiyyətlərin təsadüfən möhkəmlənməsinə səbəb olub. Məsələn, basklar və bəzi təcrid olunmuş xalqlarda rezus-mənfi (Rh–) qan qrupu 30%-ə qədər rast gəlinir. Aristokratlar isə bunu seçilmişliyin əlaməti kimi göstərərək “mavi qan” mifini yaratdılar.
IV (AB) mənfi qan qrupu təxminən 1000 il əvvəl xalqların qarışması nəticəsində yaranıb, aristokratların qalalarında yox. Tədqiqatlara gör, Rh– qan qrupunun olması xüsusi qabiliyyət vermir, bəzən isə hamiləlikdə problem yarada bilər. AB Rh qrupu nadir olsa da, bu sadəcə statistik təsadüfdür. Yəni 0.6 faiz ehtimalla bu qan qrupunda doğulmaq mümkündür.
Kiçik əyanlar yalnız öz aralarında olan biri ilə evləndikdə nadir genetik əlamətlər təsadüfən çoxalır. Bu heç də seçilmişlik deyil, sadəcə demoqrafik təsadüfdür. Napoleonda II qrup, II Nikolayda isə I qrup qan olub yəni xüsusi bir fərq yoxdur.
Müasir tədqiqatlar sübut edir ki, qan qrupu ilə zəka, istedad və ya sosial status arasında əlaqə yoxdur.“Aristokratik genlər” bütün təbəqələrdə rast gəlinir. Həqiqi seçilmişlik və dəyər əməl və davranışlarla ölçülür, qan qrupu ilə yox. AB Rh– qan qrupu və digər nadir genetik xüsusiyyətlər seçilmişliyin simvolu deyil, sadəcə xalqların qarışması, populyasiyaların təcridi , təsadüfi genetik kombinasiyalardan yaranıb.
Hər birimiz minilliklərin nəticəsiyik. Əsl “mavi qan” isə ürəkdən, əməldən gəlir.