Pyer Qasli "Alpin" komandası ilə yeni uzunmüddətli müqavilə imzalayıb.
Demokrat.az xəbər verir ki, "Formula-1" üzrə dünya çempionatında çıxış edən "Renault" şirkətinin "Alpin" komandası fransalı pilot Pyer Qasli ilə 2028-ci il mövsümünün sonuna qədər qüvvədə olacaq yeni uzunmüddətli müqavilə imzalayıb.
Komandanın müşaviri, tanınmış "Formula-1" meneceri Flavio Briatore Qaslini "komandanın sütunu" kimi xarakterizə edərək onun performansını yüksək qiymətləndirib.
Qeyd edək ki, Pyer Qasli cari mövsümdə "Alpin" komandasına 20 xal qazandırıb və bu komandanın xallarının hamısı məhz onun hesabına toplanıb. Onun komanda yoldaşları - Cek Duhen və Franko Kolapinto isə bu il hələ xal qazanmayıblar.
Yeni müqavilə "Alpin" komandasının Qasliyə olan etimadını və gələcək planlarda ona böyük rol verdiyini göstərir.