Paşinyanın təyyarəsi 30 ildən sonra ilk dəfə Azərbaycan hava məkanından uçdu

DÜNYA 06 sentyabr 2025, 10:50
Ermənistan Baş nazirinin təyyarəsi 30 ildən sonra ilk dəfə Azərbaycan hava məkanından istifadə edib. 

Demokrat.az
xəbər verir ki, avqustun 30-da Nikol Paşinyanın təyyarəsi xarici səfər zamanı Azərbaycanın hava məkanı üzərindən uçub. Bu barədə məlumatı Ermənistan mətbuatının sorğusuna cavab olaraq Baş nazirin mətbuat katibi Nazeli Bağdasaryan təsdiqləyib.

Erməni mefiası yazır ki, avqustun 8-də Vaşinqtonda keçirilən sülh danışıqları və razılaşmalardan sonra müvafiq erməni qurumlarının Azərbaycandan hava dəhlizini açmağı xahiş etdiyini və müsbət cavab aldıqlarını açıqlayıb.

“Bu faktı regional kommunikasiya xətlərinin açılması, sülh gündəliyinin irəlilədilməsi və münasibətlərin inkişaf etdirilməsi istiqamətində atılmış praktik bir addım kimi görürük”, - deyə Bağdasaryan qeyd edib.


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
06 sentyabr 2025, 14:51
Top