“Aİ “Google”u cərimələdiyinə görə cavab verəcək” —Tramp

DÜNYA 05 sentyabr 2025, 23:58
“Bu gün Avropa daha bir böyük Amerika şirkətinə – Google-a zərbə vurdu, onu 3,5 milyard dollar məbləğində cərimələdi. Əslində bu pullar ABŞ-da investisiyalara və iş yerlərinə yönələ bilərdi”.

Bizim.Media xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp sosial şəbəkə hesabında qeyd edib.

“Mən əvvəllər də demişdim: mənim administrasiyam belə diskriminasion addımların cavabsız qalmasına imkan verməyəcək”, – Tramp yazıb.

ABŞ Prezidenti əlavə edib ki, Google əvvəllər də saxta iddialar və cərimələr üzrə artıq 13 milyard dollar ödəyib.

“Ümumilikdə məbləğ 16,5 milyard dollara çatıb. Bu, nə dərəcədə düzgündür? Avropa İttifaqı Amerika şirkətlərinə qarşı bu praktikanı dərhal dayandırmalıdır!”, – deyə Tramp vurğulayıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
05 sentyabr 2025, 23:38
Top