"Təhlükəsizlik təminatları çərçivəsində xarici ölkələr minlərlə hərbçisini Ukraynaya göndərməyə hazırdırlar. Bundan əlavə, hava və dəniz məkanının mühafizəsi məsələsi də müzakirə olunur".
Oxu.Az "RBK-Ukrayna"ya istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Avropa Şurasının prezidenti Antonio Koşta ilə keçirdiyi brifinqdə deyib.
Onun sözlərinə görə, təhlükəsizlik zəmanətləri ilə bağlı təfərrüat barədə danışmaq hələ tezdir, lakin artıq plan mövcuddur.
Zelenski Ukrayna ərazisində olacaq əcnəbi hərbçilərdən də məlumat verib: "Bütün bunları müzakirə etməyimiz vacibdir. Onların sayı mütləq minlərlə olacaq", - dövlət başçısı əlavə edib.