Yusif Səmədoğlunun 90 illiyi qeyd ediləcək — SƏRƏNCAM

MƏDƏNİYYƏT 04 sentyabr 2025, 13:13
Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq yazıçısı, tanınmış ictimai xadim Yusif Səmədoğlunun (Yusif Səməd oğlu Vəkilovun) 90 illiyi qeyd ediləcək.

Demokrat.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Sərəncama əsasən, Mədəniyyət Nazirliyi, Azərbaycan Yazıçılar Birliyinin təkliflərini nəzərə almaqla, 90 illik yubileyə dair tədbirlər planı hazırlayacaq.

Qeyd edək ki, bu ilin dekabr ayında Yusif Səmədoğlunun 90 illiyi tamam olur.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top