Bakı şəhərinin Binəqədi rayonunda “EuroHome” tikinti materialları bazarı ərazisində baş verən yanğın güclənib.
Demokrat.az-ın xəbərinə görə, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə qüvvələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub.
FHN yanğının qarşısının alınması üçün çağırış 3 elan edib, helikopter cəlb edilib.
Hazırda yanğının söndürülməsi üçün müvafiq tədbirlər görülür.