İş başında infarkt keçirən komandirin vəzifəsi ona tapşırıldı — FOTO

SİYASƏT 26 avqust 2025, 15:35
Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Mühafizə Alayına komandir əvəzi təyin edilib. 

Qaynarinfo-nun məlumatına görə, müvafiq əmrlə sözügedən vəzifə Vüqar Novruzova tapşırılıb. 

Vüqar Novruzov həmçinin Penitensiar Xidmətinin Mühafizə Alayının Qərargah rəisidir. 

Qeyd edək ki, bu ilin avqust ayının 6-da Penitensiar Xidmətin Mühafizə Alayının komandiri polkovnik Rauf Əsədov iş başında infarkt keçirib və xəstəxanada vəfat edib.


 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 avqust 2025, 16:29
Top