Məşhur film ekranlara qayıdır

ŞOU-BİZNES 25 avqust 2025, 09:04
Məşhur "nindza tısbağalar" barədə ikinci film yenidən nümayiş etdiriləcək.

Oxu.Az IGN-ə istinadən xəbər verir ki, bu, filmin 35 illik yubileyi şərəfinə 2026-cı ilin martında baş verəcək.

Film ilk dəfə 1991-ci ildə ekranlara çıxıb. Büdcəsi 25 milyon dollar olan film 78,7 milyon dollar qazanıb.

Bu yaxınlarda ABŞ-də filmin ilk hissəsi yenidən nümayiş olunub və artıq 30 milyon dollar toplayıb.

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top