Zərərçəkənə kompensasiya ödəniləcək? — AÇIQLAMA

HADİSƏ 25 avqust 2025, 14:55
Bakı şəhəri, Qaradağ rayonu ərazisində yerləşən “Sədərək” ticarət mərkəzi tərəfindən icarəyə verilmiş anbarda baş verən yanğından sonra müzakirə edilən məsələlərdən biri də zərərçəkənə kompensasiya verilib-verilməyəcəyidir.

Bu barədə Demokrat.az-a danışan vəkil Əkrəm Həsənov deyib ki, zərər yalnız sığorta varsa, ödənilə bilər:

Kimsə oranı bilərəkdən yandırıbsa, onun etinasızlığı ucbatından yanıbsa, dəyən zərəri də o ödəməlidir:

"Digər hallarda, tutaq ki, heç kimin günahı yoxdursa, bədbəxt hadisədirsə, bu zaman əgər zərərçəkənin sığortası varsa, sığorta şirkəti ödəyəcək. Yoxdursa, zərər ödənilməyəcək".

Cavidan Mirzəzadə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top