Azərbaycanda dizel mühərrik qadağan ediləcəkmi? — AÇIQLAMA

GÜNDƏM 25 avqust 2025, 15:58
"Elektrikli avtomobillər günümüzdə insanların işlərini rahatlaşdıran, büdcələrinin dostu olan avtomobillərdir. Bir çox ölkələrdə tamamilə elektrikli avtomobillərə keçid, daxili yanma avtomobillərin satışını isə qadağa edən qanunlar qüvvəyə minir. Təbii ki, bunlar birdən-birə verilən qərar deyil. Həmin ölkələr elektrikli avtomobillərlə bağlı illərdir ki, ciddi şəkildə çalışır, enerji infrastrukturunu ən yüksək səviyyəyə çatdırır, insanları bu avtomobillərə həvəsləndirir və keçid edə bilməsi üçün uyğun güzəştlər, şərtlər yaradır".

Bu sözləri Demokrat.az-a açıqlamasında elektromobil üzrə mütəxəssis İlkin Mustafayev deyib. 

"Həmçinin sahibkarlara da daha rahat enerji doldurma məntəqələri quraşdırmaq üçün güzəştlər edilir. Buna görə də həmin ölkələr çox rahat şəkildə bu qərarlara addım ata bilirlər.
Amma hazırki vəziyyətdə bizim ölkə buna hazır deyil. Enerji infrastrukturu,  elektromobillərdəki müəyyən suallar, idxal olunan ölkələrdə hansı standartlarda olması, bizim ölkəyə hansı standartla gəlməsi dəqiq qanunvericiliklə müəyyən edilmir.  Eyni zamanda enerji doldurma məntəqələrinin bunlara uyğunlaşdırılması çox çətindir. Enerji infrastrukturumuz isə hələ də inkişaf etmə mərhələsindədir. Bu səbəbdən bizim ölkə üçün bu cür addım çox riskli olar.

Qeyd edək ki, bir çox ölkələr dizel mühərrikli avtomobilləri tamamilə qadağan edəcək.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top