“Təhsil sistemimizə yenidən baxmalıyıq. Dünyada baş verən dəyişikliklər fonunda təhsil sahəsində islahatlara və yeni yanaşmalara ciddi ehtiyac var. Təəssüf ki, bu gün mövcud təhsil sistemi real əmək bazarının tələblərinə cavab verən kadrlar yetişdirməkdə çətinlik çəkir və bəzən tamamilə aciz qalır. Bu, təkcə Azərbaycana deyil, ümumiyyətlə, bir çox ölkələrə aid olan qlobal problemdir”
Bunu Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.
Deputatın sözlərinə görə, dünyanın müxtəlif ölkələrində bu mövzu ətrafında geniş müzakirələr aparılır:

“Alternativ yanaşmalar təklif olunur. Biz də bu müzakirələrdən nəticə çıxarıb, öz sistemimizə tətbiq edə biləcək addımlar atmalıyıq. Amma bu dəyişikliklər tədricən və mərhələli şəkildə həyata keçirilməlidir. İslahatlara ilk növbədə magistratura pilləsindən başlanılmalıdır. Çünki
bu pillə hazırkı formatda həm vaxt itkisinə səbəb olur, həm də gənclərə gözlənilən qədər fayda vermir. Ona görə də magistr proqramlarının məzmunu yenidən nəzərdən keçirilməli, tədris proqramları təhlil olunmalı və daha praktik, bazar yönümlü hala gətirilməlidir”.
Deputat əlavə edib ki, ikinci baxılmalı məsələ ümumi təhsilin müddətidir:
“Hazırda 12 illik orta məktəb modeli tətbiq olunur və bu optimal görünür. Lakin gələcəkdə bu müddətin 10 ilə endirilməsi də müzakirə mövzusu ola bilər. Təbii ki, bu, çox mürəkkəb və planlı şəkildə aparılmalı olan bir prosesdir. Burada proqramlar, kreditlər, dərs saatları və ümumilikdə beynəlxalq uyğunluq məsələləri ciddi şəkildə nəzərə alınmalıdır. Digər vacib məsələ universitetlərin yalnız nəzəriyyəyə fokuslanmasıdır. Universitetlər təhsillə yanaşı praktik bacarıqların formalaşmasına da önəm verməlidirlər. Bunun üçün universitetlərlə işəgötürənlər arasında daha sıx əməkdaşlıq qurulmalı, tələbələr real iş mühitinə uyğun şəkildə hazırlanmalıdır. Reallıq ondan ibarətdir ki, bu gün universitetlər əmək bazarının tələblərinə cavab verən kadr hazırlığında geri qalır. Biz bu prosesi elə tənzimləməliyik ki, təhsil sistemi bazarın ehtiyaclarını qarşılayacaq, praktik bilik və bacarıqlara malik mütəxəssislər yetişdirə bilsin. Lakin bütün bu dəyişikliklər ölçülüb-biçilmiş şəkildə, tələsmədən və beynəlxalq təcrübə nəzərə alınaraq həyata keçirilməlidir”.
Leyla Turan
Demokrat.az