“Təəssüf ki, qəbul prosesi bəzi hallarda məsuliyyətsiz şəkildə idarə olunur. Burada məsuliyyət yalnız abituriyentin deyil, eyni zamanda valideynlərin və bəzi "dırnaq arası" mütəxəssislərin üzərinə də düşür. Abituriyentə düzgün istiqamət göstərilməli, düzgün yönləndirmə aparılmalıdır”.
Bunu təhsil eksperti Elçin Əfəndi Demokrat.az-a açıqlamasında deyib.
O bildirib ki, əgər bir abituriyent 600-dən çox bal toplayır, lakin ixtisas seçimi zamanı qəbul ola bilmirsə, bu təkcə onun günahı deyil:
“Bu, həm də yanlış istiqamətləndirmənin nəticəsidir. Dövlət İmtahan Mərkəzi abituriyentlərə 15-dək ixtisas seçmək imkanı verir. Əgər məqsəd konkret olaraq tibb ixtisasına qəbul olmaqdırsa, və bu ixtisasa bal yetmirsə, daha aşağı keçid balı olan digər ixtisaslar seçilə bilərdi. Bundan sonra, əgər bir il ərzində akademik göstəricilər və uyğunluq şərtləri ödənilərsə, tələbə köçürülmə yolu ilə istədiyi ixtisasa keçə bilər. Eləcə də, əgər Bakıdakı universitetlərə qəbul mümkün deyilsə, Naxçıvan və ya Qarabağ Universitetinin tibb fakültələrinə qəbul olunmaqla da məqsədə yaxınlaşmaq mümkündür. Bu tip məsuliyyətsiz qərarlar nəticə etibarilə abituriyentlərin yüksək balla belə, ali məktəblərə qəbul ola bilməməsi ilə nəticələnir. Bu hal, təkcə 600 bal toplayan deyil, 500 və 400 bal toplayan abituriyentlər arasında da müşahidə olunur. Bunun qarşısını almaq üçün mütləq peşəkar mütəxəssislərlə işləmək, düzgün məsləhət almaq və seçim zamanı məsuliyyətli davranmaq vacibdir. Əks halda, şansların itirilməsi qaçılmazdır. Bu vəziyyətlə üzləşmiş abituriyentlər boş qalan yerlərə qəbul mərhələsində iştirak edə və ya öz nəticələrini yenidən dəyərləndirib uyğun seçimlər etməklə təkrar şans əldə edə bilərlər”.
Leyla Turan
Demokrat.az