Lisey və gimnaziyalara seçim prosesinin nəticələri açıqlanıb

GÜNDƏM 20 avqust 2025, 12:14
Mərkəzləşdirilmiş imtahanla qəbul həyata keçirilən lisey və gimnaziyalara seçim prosesinin nəticələri açıqlanıb.

Bu barədə Azərbaycan Respublikası Təhsil İnstitutu (ARTİ) məlumat yayıb.

Bildirilib ki, Azərbaycan dili bölməsi üzrə 4 653, rus bölməsi üzrə isə 474 nəfər lisey və gimnaziyalara daxil olub.

Valideyn və ya qanuni nümayəndələr övladlarının şəxsi işlərini avqustun 20-dən başlayaraq 25-i saat 12:00-dək şagirdin qəbul olunduğu təhsil müəssisəsinə təqdim etməlidirlər. Qeyd olunan müddət ərzində sənədlər təqdim edilmədiyi halda şagirdin qəbulu etibarsız sayılacaq və müvafiq sorğu sistemdən silinəcək.

Qeyd edək ki, sənəd qəbulu üçün son müraciət tarixi 25 avqust, saat 12:00-dır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
20 avqust 2025, 14:15
20 avqust 2025, 12:50
Top