Rusiyanın bu davranışları ona başucalığı gətirməyəcək —Deputat

GÜNDƏM 20 avqust 2025, 11:15
"Ukrayna ərazisində SOCAR-a məxsus məntəqələrin vurulması Azərbaycana qarşı yönəlmiş təxribatdır. Rusiya Azərbaycanın iqtisadi sferasına hər hansı formada təsir göstərmək istəyir".

Bunu Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov deyib. Onun sözlərinə görə, Azərbaycanın artan nüfuzu bir çoxları kimi Rusiyanı da qane etmir, qıcıqlandırır:



"Məlumdur ki, Azərbaycan Vətən müharibəsində qalib gəldikdən sonra siyasi nüfuzu, hərbi və iqtisadi qüdrəti daha da artdı. Azərbaycan bölgədə güc mərkəzlərindən birinə çevrilməkdədir. Bununla yanaşı Azərbaycan enerji layihələrini həyata keçirir, Zəngəzur dəhlizi də reallaşmaq üzrədir. Bütün bu reallıqları Azərbaycan yaradıb bölgədə. 

Görünür ki, Azərbaycanın artan nüfuzu bir çoxları kimi Rusiyanı da qane etmir, qıcıqlandırır. Daim imperialist düşüncədə olan Rusiya bu niyyətindən uzaqlaşa bilmir. Bu yanaşma isə onu həm aqressivləşdirir, həm də nüfuzuna mənfi təsir edir. 

Lakin bunların hamısı əbəsdir. Azərbaycan artıq dünyada öz mövqeyini möhkəmləndirib və Rusiyanın Azərbaycana qarşı bu kimi addımları, qısqanclığı heç də ona başucalığı gətirməyəcək. Rusiyanın Azərbaycana qarşı bu davranışı imperialist düşüncəsinin məhsuludur".

Cavidan Mirzəzadə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
20 avqust 2025, 14:15
20 avqust 2025, 12:50
Top