Fazil Mustafa: "Şəhidlər xiyabanında ümumi qadağalara ehtiyac yoxdur"

GÜNDƏM 20 avqust 2025, 11:56
Şəhidlər xiyabanında çəkilişlərə məhdudiyyət və geyim qadağalarının tətbiqi təklif olunur.

Bu barədə Demokrat.az-a açıqlamasında deputat Fazil Mustafa deyib ki, müəyyən hadisələrə əsaslanaraq geniş miqyaslı qanun qəbul etmək doğru yanaşma deyil:

“Bir neçə insidentə görə qanunvericilikdə ciddi dəyişikliklərin edilməsi ehtiyatla yanaşılmalı bir məsələdir. Onsuz da mövcud qanunvericilik çərçivəsində istənilən etik qaydaları pozan, təhqiredici və ya ictimai narazılıq doğuran davranışlara qarşı tədbirlər görmək mümkündür. Məsələ təkcə şəhidlər xiyabanında çəkiliş aparmaqla məhdudlaşmamalıdır. Əgər çəkiliş, davranış və ya hər hansı bir hərəkət etik qaydalara ziddirsə və ictimai qınaq doğuracaq səviyyədədirsə, bu, istənilən məkanda eyni şəkildə qiymətləndirilməlidir. Qanunun sərt qadağa formasında tərtib olunması və konkret halları əhatə etməsi gələcəkdə sui-istifadə və ya geniş mənada ifadə azadlığının məhdudlaşdırılması təhlükəsi yarada bilər. Çünki bu tip insidentlər, ümumilikdə, çox nadir hallarda baş verir. Bəzən beş ildən bir, bəzən də on ildən bir rast gəlinir. Bu cür nadir hallara görə ümumi qadağa qoymaq əvəzinə, konkret hadisə zamanı mövcud qanunvericiliyin imkanlarından istifadə olunması daha məntiqlidir”.

Leyla Turan 
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
20 avqust 2025, 14:15
20 avqust 2025, 12:50
Top