“Azərbaycanda uşaq ölümlərinin yüksək olması əsasən bir neçə amillə bağlıdır. İlk növbədə, hamiləlik və doğuş dövründə problemlər önə çıxır. Ana sağlamlığı zəif olduqda, hamiləlik kifayət qədər tibbi nəzarətdə olmadıqda, yaxud doğuş vaxtından əvvəl baş verdikdə körpələrdə ciddi fəsadlar yaranır”.
Bu sözləri Demokrat.az-a açıqlamasında pediatr Aygün Məmmədova deyib.
O deyib ki, vaxtından əvvəl doğulan uşaqların ağciyər və immun sistemi tam inkişaf etmədiyindən onların yaşamaq şansı azalır:
“Digər böyük səbəb infeksiyalardır. Yeni doğulan körpələrdə sətəlcəm, sepsis, bağırsaq infeksiyaları tez-tez ölümə səbəb olur. Peyvəndlərin vaxtında aparılmaması da bəzi hallarda körpələrin həyatını risk altına salır. Sosial faktorlar da mühüm rol oynayır. Şəhər və kənd yerlərində tibbi xidmətə çıxış imkanları bərabər deyil. Maddi çətinliklər, düzgün qidalanmama, gigiyena qaydalarına riayət edilməməsi uşaqların xəstəliklərə qarşı daha həssas olmasına gətirib çıxarır. Bundan başqa, ana südü ilə qidalanmanın gec başlaması və ya tez dayandırılması da körpələrin müdafiəsiz qalmasına səbəb olur. Halbuki ana südü həm qida baxımından, həm də immun sisteminin möhkəmlənməsi üçün ən vacib amildir. Bu göstəricini azaltmaq üçün ana və uşaq sağlamlığına nəzarətin gücləndirilməsi, tibbi xidmətin keyfiyyətinin artırılması və maarifləndirici tədbirlər mühüm əhəmiyyət daşıyır”.
Leyla Turan
Demokrat.az