“Son günlər müşahidə edilən 35-41 dərəcə arası temperatur ölkə üzrə geniş ərazini əhatə edir. Belə ekstremal istilər iqlim dəyişikliyinin nəticəsi kimi qiymətləndirilməlidir. Azərbaycanın bəzi regionları üçün bu göstəricilər mövsümi baxımdan gözlənilən sayılsa da, intensivlik və tezlik baxımından narahatedicidir”.
Bu sözləri Demokrat.az-a açıqlamasında ekoloq Samir Quliyev deyib.
Onun sözlərinə görə, istiləşmənin belə davam etməsi ətraf mühitə ciddi təsir göstərir:
“Su ehtiyatlarının buxarlanması artır, kənd təsərrüfatında məhsuldarlıq azalır, torpağın keyfiyyəti zəifləyir. Həmçinin, şəhər mühitində temperatur daha da yüksəlir və bu, insan sağlamlığı üçün əlavə risklər yaradır. Bütün bunlar onu göstərir ki, iqlim dəyişikliyi artıq nəzəri təhlükə yox, gündəlik həyatımıza təsir edən real prosesdir. Bu səbəbdən həm fərdi, həm də institusional səviyyədə uyğunlaşma tədbirləri görülməlidir”.
Leyla Turan
Demokrat.az