Baş prokuror yeni şöbə rəisi təyin etdi

SİYASƏT 05 avqust 2025, 10:37
Hərbi Prokurorluqda yeni təyinat olub.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, bununla bağlı Baş prokuror Kamran Əliyev müvafiq əmr imzalayıb.

Əmrə əsasən, ədliyyə polkovniki Eyvaz Nəcməddin oğlu Mustafayev qurumun Cinayət təqibindən kənar icraatlar şöbəsinin rəisi təyin edilib.

Qeyd edək ki, E.Mustafayev buna kimi Hərbi təsisatlarda təhqiqata nəzarət və cinayət təqibindən kənar icraatlar idarəsinin rəis müavini vəzifəsində çalışıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top