KİV-də yayılan iddialara görə, Azərbaycan və Ermənistan liderləri avqustun 10-da Vaşinqtona səfər edərək sülh müqaviləsini imzalayacaqlar. Bəs bu nə dərəcədə realdır?
Mövzu ilə bağlı Demokrat.az-a danışan politoloq Oqtay Qasımov deyib ki, Azərbaycan və Ermənistan liderlərinin yaxın günlərdə Vaşinqtona səfər edərək sülh müqaviləsini imzalayacaqları ilə bağlı yayılan məlumatlar bir iddiadır:

“Bunun hər hansı təsdiqini biz görmürük. ABŞ maraqlıdır ki, Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanmasında rol oynasın və müəyyən dividentlər qazansın. Nəzərə alsaq ki, müqavilənin mətni razılaşdırılıb, sadəcə yekun sənədin imzalanması üçün Ermənistan konstitusiyasında dəyişikliklərin edilməsi şərti var. Bundan başqa, Minsk qrupunun buraxılması ilə bağlı Azərbaycanın tələbi var. Bu iki şərtin həyata keçmədiyi müddətcə yekun sülh müqaviləsinin imzalanması mümkün görünmür".
Politoloq hesab edir ki, tərəflər sadəcə sülh mətninin paraflanmasını həyata keçirə bilərlər:
“Bu, mümkün variantlardan biridir, bunun ABŞ-də olması ehtimalı da kifayət qədər yüksəkdir. ABŞ prezidentinin Əbu-Dabi görüşündən sonra verdiyi açıqlama göstərir ki, ABŞ bu proseslərdə maraqlıdır. Azərbaycan və Ermənistan tərəfi də bunun əksi olan fikir səsləndirməyiblər. İki ölkənin də marağındadır ki, Tramp administrasiyası birbaşa prosesə daxil olmadan, məkan sahibliyi etməklə razılaşdırılmış sənədin paraflanmasında rol oynasın".
Cavidan Mirzəzadə
Demokrat.az