Sabirabadda bir neçə gün öncə 4 yaşlı qızın cinsi istismara məruz qalması böyük hay-küyə səbəb olub. Vətəndaşlar bu kimi hallarda birmənalı olaraq edam cəzasının ölkəmizdə leqallaşmasını istəyirlər.
Vəkil Əkrəm Həsənov bunun mümkünlüyü haqqında Demokrat.az-a danışıb.
O bildirib ki, ümumiyyətlə, Azərbaycan Konsititusiyasında bu məsələ tənzimlənmir:
"Edam cəzasının olub-olmaması haqqında heç nə deyilmir. Ancaq Cinayət Məcəlləsinə görə qadağan da edilməyib. Buna görə də dolayı yolla ölkəmizdə edam cəzası yoxdur. Ancaq bu kimi hallar üçün parlament qanun qəbul edə bilər. Konkret hansısa cinayətə görə edam cəzası nəzərdə tutula bilər. Eyni zamanda pedofiliya da bu cinayətlərə daxil edilə bilər. Pedofiliya üçün Cinayət Məcəlləsində çox ağır cəzalar nəzərdə tutulub. Bütün bunlar konsititusiyaya zidd olmayacaq, çünki konkret olaraq heç nə deyilmir".
Əfsanə Kamal
Demokrat.az