“İndi bilmirəm kimə zəng edəcəyəm...”

GÜNDƏM 04 avqust 2025, 17:51
“Mən ən yaxın dostumu itirdim. Bu bəlkə də, mənim üçün taleyin cəzasıdır”.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri Azərbaycan Yazıçılar Birliyinin sədri Anar Xalq yazıçısı Elçin Əfəndiyevin vida mərasimində deyib.

Anar dostunun itkisinə görə dərin kədər hissi keçirdiyini bildirib: “Elçin mənim üçün yalnız istedadlı yazıçı yox, həm də çox vəfalı və etibarlı dost idi. İndi bilmirəm kimə zəng edəcəyəm. Artıq neçə illərdir ki, dostlarımın dəfn mərasimlərində çıxış edirəm. Bu mənim üçün çox ağırdır”.

***

Sabiq mədəniyyət naziri Əbülfəs Qarayev saytımıza açıqlamasında bildirib ki, Elçin Əfəndiyev böyük şəxsiyyət olmaqla yanaşı onun çox yaxın dostu olub.

“Onun əsərləri daima bizimlə yaşayacaq. Mən Elçinin “Qarğa” hekayəsini oxuyandan sonra ona zəng etdim, dedim Elçin müəllim, siz belə mövzuları necə tapırsınız, haradan çıxarırsınız? Mənə dedi, görürsən də hələ də gücüm var. Elçin mənim doğma qardaşım kimi idi. Allah ona rəhmət eləsin”, - Ə.Qarayev bildirib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top