TASS-ın baş direktorunun keçmiş birinci müavini Mixail Qusmanın Bakıya gəlməsi haqda xəbər yayılıb. O, Xalq yazıçısı Elçin Əfəndiyevlə vida mərasimində görüntülənib. M.Qusman iki keçmiş nazirin – Əbülfəs Qarayevlə Elmar Məmmədyarovun arasında əyləşib. Fotoda diqqətçəkən məqam bu üç tanınmış şəxsin artıq “sabiq” statusu daşımasıdır. Hər üçü səs-küylü şəkildə işdən çıxarılıb.
Sabiq xarici işlər naziri Elmar Məmmədyarov 2020-ci ilin bu günlərində məşhur və qalmaqallı müşavirədə dövlət başçısının qəzəbinə tuş gəlmişdi. Prezident həmin vaxt koronavirus pandemiyası olduğu üçün baş nazir, nazirlər və başqa yüksək vəzifəli şəxslərin iştirakı ilə onlayn müşavirə keçirirdi. Ermənistan silahlı qüvvələri Tovuz istiqamətində Azərbaycana hücum etmişdi. General Polad Həşimov, polkovnik İlqar Mirzəyev, eləcə də 10-dan çox hərbçimiz şəhid olmuşdu. Bu gərgin situasiyada keçirilən müşavirədə xarici işlər naziri Elmar Məmmədyarov yox idi. Prezident elan etdi ki, E.Məmmədyarovu tapa bilmir. Baş nazir Əli Əsədov arayış verərək bildirmişdi ki, E.Məmmədyarov evdən işləyir. Bundan sonra ölkə başçısı onun ünvanına sərt tənqidi fikirlər səsləndirdi. Ardınca nazirlikdə aparılan yoxlamalarda külli miqdarda yeyintinin üstü açıldı. Həbslər oldu. E.Məmmədyarov işdən çıxarılmaqla canını qurtara bildi.
Sabiq mədəniyyət naziri Əbülfəs Qarayev də 2020-ci ildə işdən azad edildi. Uzunömürlü nazirlər siyahında öncül yerlərdən birini tutan Ə.Qarayev may ayında tutduğu vəzifədən uzaqlaşdırıldı. Həmin il Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşlarının Mədəniyyət Nazirliyində keçirdikləri əməliyyat zamanı yüksək vəzifəli məmurlar həbs edildi. Sonradan rəsmi xəbərlərdə məlum oldu ki, həbs edilənlər vəzifə səlahiyyətini aşıblar və yeyintilərə yol veriblər. Bu dəfə də nazir kənarda qaldı – işdən çıxarıldı, amma həbs edilmədi.
Mixail Qusman da işdən çıxarılıb. O, 3-cü Şuşa Qlobal Media Forumunda iştirak etdiyi üçün Kremlin qəzəbinə gəlib. TASS-ın baş direktorunun birinci müavini vəzifəsindən azad edilib. Qusman Azərbaycana hər zaman dost münasibətdə olub. Yəhudi əsilli rusiyalı jurnalist bütün dövrlərdə ölkəmizə və dövlətimizə qarşı ədalətli mövqeyi ilə seçilib. Mərhum Prezident, Azərbaycanın Ümummilli lideri Heydər Əliyevdən müsahibələr alıb. Eləcə də Prezident İlham Əliyevlə də yaxşı münasibətdədir. Rusiyanın Azərbaycana qarşı artan aqressiv münasibəti fonunda TASS kimi nüfuzlu, eləcə də rəsmi dövlət agentliyinin rəhbərliyində təmsil olunan şəxsin bu rəftarı, azad mövqeyi Putin administrasiyası tərəfindən həzm edilmədi. Nəticədə M.Qusman ötən ay tutduğu vəzifədən çıxarıldı.
Bu fotonu maraqlı və diqqətçəkən edən başqa bir məqam da var. Qusmanın yanında əyləşdiyi hər iki azərbaycanlı sabiq nazir haqda “Rusiya agenti” ittihamı zaman-zaman gündəmə gəlir. Bu ittiham daha öncə də tirajlanmışdı. Amma son günlərdə “Rusiyanın Azərbaycandakı casus şəbəkəsinin üzvlərinin” siyahısı mediada növbəti dəfə və yeni redaktədə yayıldı. Əbülfəs Qarayevlə Elmar Məmmədyarovun adları o siyahının başında gəlir. E.Məmmədyarov “Globalinfo”ya açıqlamasında bu məlumatı təkzib edib demişdi ki, barəsində deyilənlər, yazılanlar cəfəngiyyatdır.
Ona görə də M.Qusmanın adları belə ağır ittihamlarda hallanan iki sabiqlə yan-yana oturması yaddaşları bir daha yenilədi. Belə çıxır, Rusiya hakimiyyəti tərəfindən ədalətsiz yanaşma ilə üzləşən Mixail Qusman “Rusiya agentləri” ilə oturub-durur… (Globalinfo.az)