Rusiya ilə Azərbaycanı bu ölkə düşmən edir — Zaxarovadan BƏYANAT

DÜNYA 30 iyul 2025, 16:46
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Azərbaycanla münasibətlərdən danışıb.

Demokrat.az xəbər verir ki, o, Ukraynanı Rusiya ilə Azərbaycan arasında mövcud olan ziddiyyətlərdən “milli zəmində nifrət və düşmənçiliyi qızışdırmaq üçün” istifadə etməyə çalışmaqda ittiham edib.

Zaxarova eyni zamanda bildirib ki, Moskva Azərbaycan və Ermənistanın Rusiya Federasiyasının vasitəçiliyi olmadan birbaşa dialoq aparmaq seçiminə hörmətlə yanaşır: 

"Biz bu seçimə hörmət edirik, onlar qonşu kimi bir-biri ilə yaşamalı olacaqlar. Biz hələ də sülh prosesinə kömək etməyə hazırıq. Həm məsləhətləşmələr, həm də sazişin imzalanması üçün platforma təqdim edə bilərik". (Savashmedia.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top