Zaqatala rayon İcra Hakimiyyətinin elan etdiyi tenderin nəticələri ləğv olunub.
Demokrat.az Tribunainfo.az-a istinadən xəbər verir ki, bu barədə rəsmi qaynaqlarda məlumat yayılıb.
Bildirilir ki, tenderə əsasən Zaqatala İcra Hakimiyyəti rayonun mərkəzində küçələrin asfaltlanması prosesini həyata keçirmək istəyib. Bunun üçün 613 min 600 manat xərcləməyi də nəzərədə tutub. Lakin Anti İnhisar və İsttehlak Bazarına Nəzarət Dövlət Xidməti tenderin qanuna uyğunluğunun doğru olmadığı qənaətinə gəlib. Elə həmin səbəbdən də “Dövlət satınalmaları haqqında” qanunun 36.1.1-ci maddəsinin tələbinin pozulduğunu qeyd edib. Yəni, satınalmada iştirak etmək üçün təklifi və təklifin təminatını təqdim etmiş, tələb olunduğu halda müvafiq lisenziyaya və ya icazəyə malik olan təchizatçıların sayı üçdən az olub.
Xatırladaq ki, Zaqatala İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadədir. O, 2009-cu ildən rayona rəhbərlik edir.
Onu da qeyd edək ki, Mübariz Əhmədzadə keçmiş Su və Meliorasiya Təsərrüfatının keçmiş rəhbəri, hazırda baş nazirin müşaviri olan Əhməd Əhmədzadənin qardaşıdır.