"ARAZ" SES-in yaxınlığında meyit aşkarlandı

HADİSƏ 28 iyul 2025, 11:38
“Araz Su Elektrik Stansiyası” yaxınlığında meyit aşkarlanıb.

Demokrat.az xəbər verir ki, Babək Rayon Su Meliorasiya Sistemlərinin İstismarı Şöbəsinin mexanik-çilingəri Naxçıvan şəhər sakini 24.05.1967-ci il təvəllüdlü Suvarov Şahsuvar Qasım oğlunun “Araz Su Elektrik Stansiyası” yaxınlığında  meyitinin olması barədə Rayon Prokurorluğuna məlumat daxil olub.

Hadisə yerinə FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin çevik əməliyyat qrupunun dalğıc-xilaaediciləri cəlb olunublar. Həyata keçirilən tədbirlər nəticəsində meyit sudan çıxarılaraq aidiyyəti üzrə istintaq orqanına  təhvil verilib.

İlkin araşdırma üzrə hadisə yerinə baxış keçirilərkən sonuncunun elektrik cərəyanı vurması nəticəsində ölməsi ilə bağlı Babək rayon prokurorluğunda araşdırma aparılır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top