ABŞ və Avropa İttifaqı arasında bağlanan yeni razılaşmadan sonra ABŞ-nin idxal tarifləri son yüz ilin ən yüksək həddinə – 16%-ə qədər yüksələcək.
Yeniavaz.com xəbər verir ki, “Bloomberg”in hesablamalarına görə, bu tarif artımı 2027-ci ilə qədər qlobal iqtisadiyyata 2 trilyon dollar dəyərində zərər vura bilər.
Tarif artımı əsasən ABŞ Prezidenti Donald Trampın tətbiq etdiyi proteksionist ticarət siyasətləri ilə əlaqələndirilir. ABŞ-nin tarif səviyyəsi artıq 1930-cu illərdən bəri ən yüksək həddə çatıb. 2024-cü ildə orta tarif 2,5% olduğu halda, bu gün bu göstərici 13,5%-ə yaxınlaşır. Yeni razılaşma qüvvəyə mindikdən sonra isə bu rəqəm 16% olacaq.
Ekspertlərə görə, bu addım yalnız ABŞ üçün deyil, bütün dünya üçün ticarət və sərmayə mühitinə mənfi təsir göstərə bilər. Yeni razılaşmaya əsasən, Avropa məhsulları üçün tariflər əvvəlki 30%-dən 15%-ə endiriləcək. Əvəzində Brüssel ABŞ-dən 750 milyard dollarlıq enerji almağı və 600 milyard dollarlıq sərmayə yatırmağı öhdəsinə götürüb.
Ümumdünya Ticarət Təşkilatının məlumatına görə, Trampdan əvvəl ABŞ-də orta tarif 2,2%, Aİ-də isə 2,7% idi. İndi isə bu rəqəmlərin kəskin artması, xüsusilə istehsal və logistika sahələrində ciddi dəyişikliklərə, bəzi hallarda isə istehsalın 15%-ə qədər azalmasına səbəb ola bilər.
Avropa Komissiyasının sədri Ursula fon der Lyayen isə 15%-lik dərəcəni mümkün olan “ən yaxşı nəticə” adlandırıb.