Son zamanlar ABŞ Prezidentinin Administrasiyası, xüsusi ilə Donald Tramp tərəfindən Azərbaycanla Ermənistan arasındakı sülh prosesinə dair müsbət mesajlar verilir.
Siyasi şərhçi Əziz Əlibəyli Demokrat.az-a açıqlamasında deyib ki, mövcud vəziyyətə həm müsbət, həm də ikili yanaşmaq olar:
“Müsbət tərəfi ondadır ki, sülh müqaviləsinin imzalanması prosesi regionda növbəti mərhələyə keçid üçün imkan yaradır. Lakin digər tərəfdən, bölgədə ABŞ-ın fəallaşması Rusiyanın müəyyən təxribat xarakterli addımlar atmasına səbəb ola bilər. Bu da region ölkələri, xüsusilə Azərbaycan üçün müəyyən risklər yarada bilər. Əsas narahatlıqlar da bunun üzərində cəmlənib. Zəngəzur dəhlizi məsələsində Rusiyanın passiv mövqeyi və bu kontekstdə ABŞ-ın dəhlizə alternativ olaraq “Trump dəhlizi” kimi təşəbbüsləri, Moskvanın reaksiyasını şərtləndirə bilər. Artıq Rusiya son günlər bölgəyə hərbi yüklər daşımaqla bu prosesə cavab verməyə çalışır və görünür ki, bölgə üzrə qarşıdurmaya hazırlaşır. Azərbaycan olaraq çalışmalıyıq ki, bu qarşıdurmalarda mümkün qədər kənarda dayanaq. Sülhün əsas tərəfləri Azərbaycan və Ermənistan olsa da, prosesə digər aktorların müdaxiləsi vəziyyəti daha da çətinləşdirə və yeni müharibə riskləri yarada bilər. Xüsusilə Ermənistanın zəifliyi bu riskləri daha da artırır. Ona görə də bölgədə sülhün qorunması üçün beynəlxalq balans diqqətlə nəzərə alınmalıdır”.
Leyla Turan
Demokrat.az