Yerli icra hakimiyyətlərində struktur islahatları gözlənilir. İslahatlar çərçivəsində illərlə mövcud olmuş, lakin müasir idarəetmə tələblərinə cavab verməyən bir sıra idarələrin fəaliyyətinə son qoyulacaq. Məlumata görə, funksionallığını itirmiş idarələr ləğv ediləcək.
Demokrat.az-a açıqlamasında millət vəkili Müşfiq Cəfərov deyib ki, yerli icra hakimiyyətlərində struktur islahatları gözlənilir:
“Artıq Azərbaycanda yeni idarəçilik strukturu formalaşdırılmağının zamanı yetişibdi. Əslində bu islahatlar çoxdan gözlənilir, xüsusilə Qarabağın işğaldan azad olunmasıyla yerlərdə idarəetmədə yeni mexanizmlər tətbiq etmənin zəruriliyi ortaya çıxmışdı. Düşünürəm ki, yeni struktur islahatları dövlət orqanlarının və qurumlarının fəaliyyətinin optimallaşdırılmasına xidmət edəcəkdir. Ölkəmizdə bütün sahələr üzrə paralel inkişaf təmin edilməkdədir. Aparılan islahatlar, iqtisadi və sosial sferada əsaslı pozitiv dəyişikliklərin həyata keçirilməsi, ictimai həyatın bütün sahələrində müşahidə olunan yeniləşmə dövlət idarəçiliyi sisteminin təkmilləşdirilməsini, səmərəliliyin yüksəldilməsini də zərurətə çevirib. Ümumiyyətlə idarəetmə sahəsindəki islahatlar dövlət idarəçiliyini daha da təkmilləşdirmək, dövlət orqanlarının və qurumlarının fəaliyyətini optimallaşdırmaq üçün hüquqi bazanı təşkil edir. Bundan sonra da aparılan islahatlar idarə və qurumların daha operativ fəaliyyətini təmin etməyə yönələcəkdir”.
Leyla Turan
Demokrat.az