Sabah saat 08:00-dan iyulun 25-i saat 22:00-a qədər Bakının Səbail rayonunun Bayıl qəsəbəsinin Ziya Səmədzadə (Xanlar) küçəsində aparılacaq təmir işləri ilə əlaqədar, sözügedən küçənin Buxta küçəsi ilə kəsişməsindən Qəzənfər Əlizadə küçəsi ilə kəsişməsinə qədər olan hissəsində avtonəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.
Demokrat.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.
Qurum sürücülərdən aparılan işlərə anlayışıla yanaşmalarını və öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələrini xahiş edir.