Ekoloqdan nazirliyin açıqlamasına REAKSİYA

SOSİAL 23 iyul 2025, 17:46
"Nazirlik ilkin açıqlama olaraq göldə balıqların kütləvi qırılması halını isti ilə əlaqələndirib. Araşdırma aparılmalı, sudan nümunə götürülüb, labaratoriya şəraitində baxılmalıdır. Balıqların isti səbəbindən kütləvi qırılması haqqında rəyi bioloqlar daha aydın verə bilər".

Bu sözləri Demokrat.az-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın sədri, ekoloq Amin Məmmədov deyib.

Sədr bildirib ki, Xəzər dənizində, Kür və Arazda bu ehtimal az görünür:

"Çünki su axar və dinamikdir. Axar suda balığın istidən kütləvi qırılması mümkün deyil. Göllər qapalı hövzə olduğu üçün orada başqa proseslər baş verə bilər.
Səbəbi açıqlamaq çox çətindir. 

Suya hansısa çirklənmiş maddə atılmış ola bilər. Suyun təmizliyi təsdiqini tapsa, o zaman balıqların istidən tələf olmasını düşünmək olar ki, bu da real hadisə kimi görünmür. 

Suyun temperaturu artıdığı zaman gölün dibindəki yosunlardan zəhərli maddə çıxması mümkün haldır, ancaq bu da hər zaman baş vermir. Araşdırmalardan sonra səbəb ortaya çıxacaq".

Qeyd edək ki, Cəlilabadda göldə balıqların kütləvi şəkildə ölməsi halı baş verib.


Əfsanə Kamal
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
24 iyul 2025, 00:27
Top